Dünya

ABŞ-ın gizli missiyası başladı: O kosmosa nə aparır?

ABŞ-ın gizli hərbi yükünü kosmosa daşımağı hədəfləyən “USSF-51” missiyası Atlas V raketinin buraxılması ilə başlayıb.

ABŞ-ın gizli hərbi yükünü kosmosa daşımağı hədəfləyən “USSF-51” missiyası uğurla başa çatıb.

United Launch Alliance (ULA) aerokosmik mühəndislik şirkətinə məxsus Atlas V raketi ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından buraxılıb.

Daşınan yük və ya onun təyinat yeri barədə ətraflı məlumat paylaşılmayıb. Son buraxılışın Atlas V raketi ilə ABŞ üçün 58-ci və sonuncu milli təhlükəsizlik missiyası olduğu açıqlandı.

2006-cı ildə qabaqcıl texnologiya və aerokosmik şirkətlər Lockheed Martin və Boeing ilə əməkdaşlıqda qurulan ULA-nın əsas müştəriləri NASA və ABŞ Müdafiə Nazirliyidir.

Daha əvvəl orbitə ABŞ ordusuna aid rabitə peykləri və müxtəlif kosmik gəmilər göndərən şirkətin müxtəlif kommersiya müştərilərinə də xidmət göstərdiyi məlumdur.

Mənbə:  EnSonHaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu