10 C
Baku
23 Aprel 2026, 21:45
Digər

“ABŞ-ın Hörmüzdə tətbiq etdiyi blokada İranı ağır vəziyyətə salır”

“ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi tədbirlərin İranın iqtisadi və siyasi vəziyyətinə ciddi təsir göstərir”.

Bugun.Tv-verir ki, bu barədə siyasi ekspert öz sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlər İran iqtisadiyyatını zəiflədərək ölkəni çətin vəziyyətlə üz-üzə qoyur. Ekspert qeyd edib ki, rəsmi Tehran bunu inkar etsə də, Vaşinqtonla müəyyən səviyyədə dialoq aparılır.

Daxili fikir ayrılıqları dərinləşir

M. Əsədullazadə bildirib ki, İranda hakimiyyət daxilində fikir ayrılıqları getdikcə artır. Onun sözlərinə görə, xüsusilə SEPAH ilə prezident administrasiyası arasında ABŞ-la danışıqlara yanaşma baxımından fərqli mövqelər mövcuddur.

Ekspert əlavə edib ki, İranın ali dini lideri Əli Xamenei əvvəl danışıqlara razılıq verilməsi ilə bağlı açıqlama versə də, sonradan SEPAH tərəfindən bu mövqeyə düzəliş edilərək danışıqlara ehtiyac olmadığı bildirilib.

Təzyiqlərin artacağı gözlənilir

Siyasi şərhçinin fikrincə, ABŞ SEPAH-ın təsir imkanlarını zəiflətmək üçün iqtisadi təzyiqləri daha da gücləndirəcək. Bu isə ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına səbəb ola bilər.

İran danışıqlara məcbur qala bilər

M. Əsədullazadə hesab edir ki, mövcud vəziyyət davam edərsə, İran sonda ABŞ-la razılığa gəlmək məcburiyyətində qalacaq. Bununla belə, Tehran danışıqlarda öz mövqeyini qorumağa və maksimum nəticə əldə etməyə çalışacaq.

Ekspert vurğulayıb ki, ABŞ İran daxilində güc balansına təsir göstərərək SEPAH-ın hakimiyyətdə dominant rolunun zəiflədilməsinə çalışır.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistanda yayılan kilsə iddiaları daxili siyasi kampaniyanın tərkib hissəsidir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Fransa və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalana bilər

Aynur Camal

Smartfon istehsalçıları Android-in əsas problemini həll etmək üçün birləşdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu