10 C
Baku
23 Aprel 2026, 22:41
Digər

Məhəmməd Əsədullazadə: Ermənistanda yayılan kilsə iddiaları daxili siyasi kampaniyanın tərkib hissəsidir

Siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistanda Azərbaycanla bağlı yayılan son iddiaları şərh edib.

Ekspert bildirib ki, erməni revanşist dairələri guya Qarabağda qədim erməni kilsələrinin sökülməsi ilə bağlı iddialar irəli sürür. Onun sözlərinə görə, bu iddialar məqsədli xarakter daşıyır və Nikol Paşinyana qarşı aparılan anti-kampaniyanın tərkib hissəsidir.

Paşinyanın mövqeyi

M. Əsədullazadə qeyd edib ki, Nikol Paşinyan məsələ ilə bağlı verilən suallara cavabında belə bir faktın olmadığını bildirib və Azərbaycanın ərazisi ilə bağlı məsələlərdə ona müraciət edilməsinin düzgün olmadığını vurğulayıb.

Alban irsi məsələsi

Ekspert əlavə edib ki, Qarabağda yerləşən tarixi kilsələr Qafqaz Albaniyası irsinə aiddir və ermənilərlə bağlılığı yoxdur. Onun sözlərinə görə, bu abidələr qədim alban tayfalarına və qıpçaqlara məxsus olub və Azərbaycan tarixinin ayrılmaz hissəsidir.

İşğal dövründə tikilən kilsələr

Siyasi şərhçi bildirib ki, Ermənistan işğal dövründə bəzi ərazilərdə qanunsuz tikililər həyata keçirib. O, xüsusilə CəbrayılXankəndi şəhərlərində sonradan inşa edilən kilsələrin tarixi abidə hesab edilə bilməyəcəyini vurğulayıb.

Tarixi abidələrin qorunması

M. Əsədullazadə qeyd edib ki, Azərbaycan Qarabağda yerləşən qədim alban kilsələrini öz tarixi irsinin bir hissəsi kimi qoruyur və onların mühafizəsi təmin olunur.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

İran ərəb ölkələrini BMT-yə şikayət edib

Aynur Camal

Orqanizmdə su çatışmazlığının 7 əsas əlaməti açıqlanıb

Aynur Camal

Alimlər: Şəkər stressli xatirələrin beyində möhkəmlənməsinə təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu