Baş xəbərSiyasət

ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər mümkündür – Məhəmməd Əsədullazadə

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında Cenevrədə davam edən danışıqların müsbət nəticələr verə biləcəyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, danışıqların iki mərhələdə aparılması nəzərdə tutulur. Onun sözlərinə görə, Pakistanın Baş nazirinin iştirakı ilə keçirilən görüşlərdə ABŞ-ı vitse-prezident Ceyms Devid Vens, İranı isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçi təmsil edir.

Məhəmməd Əsədullazadə hesab edir ki, tərəflər arasında aparılan müzakirələrdə müəyyən müsbət irəliləyişlərin əldə olunması istisna deyil. O bildirib ki, İranın Hörmüz boğazını bağlaması Tehranın diplomatik danışıqlar masasında üstün mövqe qazanmaq cəhdi kimi qiymətləndirilə bilər.

Ekspert həmçinin vurğulayıb ki, Livan cəbhəsində hazırda nisbi sakitlik müşahidə olunur və bu vəziyyət tərəflər arasında yeni danışıqların keçirilməsi üçün imkan yarada bilər.

Əsədullazadənin fikrincə, Cenevrədə aparılan danışıqlarda müsbət nəticələrin əldə olunması ehtimalı yüksək olaraq qalır.

Aynur Camal

Oxşar xəbərlər

“Bakı İƏT Parlament İttifaqının 20-ci sessiyasına ev sahibliyi edir”

Aynur Camal

Finlandiya nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə yaşıl işıq yandırıb

Aynur Camal

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu