İqtisadiyyat

“Qeyri-neft-qaz ixracatının 4,4 dəfə artmasında qızıl ixracı həlledici rol oynayıb”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycanın bu ilin ilk dörd ayında əldə etdiyi ixrac göstəricilərini şərh edib. O bildirib ki, hesabat dövründə ölkənin ümumi ixracı 12 milyard 535 milyon dollar təşkil edib və bunun 4 milyard 698 milyon dolları qeyri-neft-qaz məhsullarının payına düşüb.

Deputatın sözlərinə görə, diqqətçəkən məqam qeyri-neft-qaz ixracatının 4,4 dəfə artmasıdır. O qeyd edib ki, bu ilin ilk dörd ayı üzrə qeyri-neft-qaz ixracı ötən ilin ümumi göstəricisini 30 faiz üstələyib.

Vüqar Bayramov vurğulayıb ki, qeyri-neft-qaz ixracındakı kəskin artım əsasən işlənməmiş, yarıişlənmiş və toz şəklində qızıl ixracı ilə bağlıdır. Onun sözlərinə görə, qızıl ixracı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə 37 dəfə artaraq 3 milyard 599 milyon dollara çatıb.

Deputat əlavə edib ki, şəkər ixracı 4,2 dəfə artaraq ölkəyə 37,5 milyon dollar, pambıq ipliyi ixracı 2,6 dəfə yüksələrək 16,4 milyon dollar, kartof ixracı isə 2,1 dəfə artaraq təxminən 4 milyon dollar valyuta qazandırıb.

İqtisadçı deputat bildirib ki, qızıldan sonra qeyri-neft-qaz sektorunda ən çox gəlir gətirən məhsul 165,1 milyon dollarla təzə meyvələr, 92,7 milyon dollarla isə pambıq lifi olub. O hesab edir ki, qeyri-neft-qaz ixracının artırılması iqtisadiyyatın daha da şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Avropa güclü istilər və dağıdıcı tufanlarla üzləşdi

Aynur Camal

“İqtisadiyyat Müsabiqəsi 2026”nın qalibləri mükafatlandırılıb

Aynur Camal

Vüqar Bayramov: Yükdaşımaların iki dəfə artırılması Azərbaycana ildə 7 milyard manata yaxın gəlir qazandıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu