İdman

ABŞ İran millisinin Dünya Kuboku ilə bağlı məhdudiyyətlərini yumşaltdı

ABŞ İranla aparılan müsbət danışıqlar fonunda 2026-cı il futbol üzrə Dünya Çempionatında iştirak edən İran millisinin üzərinə qoyulan bəzi səyahət məhdudiyyətlərini yumşaldıb.

Yeni qaydalara əsasən, İran yığması ABŞ-də keçiriləcək oyunlarından əvvəl ölkəyə yalnız bir gün deyil, iki gün öncədən daxil ola biləcək.

Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran millisinə iyunun 26-da Sietldə keçiriləcək qarşılaşmadan iki gün əvvəl ABŞ ərazisinə giriş icazəsi verilib.

Bununla belə, komandanın oyunun keçirildiyi gün ABŞ-ni tərk etməsi tələbi qüvvədə qalır. Rəsmilər təhlükəsizlik tədbirlərinin dəyişmədiyini, məqsədin oyunçular, nümayəndə heyətləri və azarkeşlər üçün mümkün qədər təhlükəsiz turnir keçirmək olduğunu vurğulayıblar.

Qeyd edək ki, İran millisi daha əvvəl ABŞ-də qalmasına icazə verilmədiyi üçün Dünya Çempionatı müddətində Meksikanın Tixuana şəhərində məskunlaşmışdı.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Messi, Mbappe, yoxsa Haaland? Dünya Çempionatının bombardiri uğrunda yarış qızışır

Aynur Camal

Messi Dünya Kuboku tarixinin ən çox qol vuran futbolçusu olub

Aynur Camal

Futbol həyata bağlanmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu