ABŞ İranla aparılan müsbət danışıqlar fonunda 2026-cı il futbol üzrə Dünya Çempionatında iştirak edən İran millisinin üzərinə qoyulan bəzi səyahət məhdudiyyətlərini yumşaldıb.
Yeni qaydalara əsasən, İran yığması ABŞ-də keçiriləcək oyunlarından əvvəl ölkəyə yalnız bir gün deyil, iki gün öncədən daxil ola biləcək.
Bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran millisinə iyunun 26-da Sietldə keçiriləcək qarşılaşmadan iki gün əvvəl ABŞ ərazisinə giriş icazəsi verilib.
Bununla belə, komandanın oyunun keçirildiyi gün ABŞ-ni tərk etməsi tələbi qüvvədə qalır. Rəsmilər təhlükəsizlik tədbirlərinin dəyişmədiyini, məqsədin oyunçular, nümayəndə heyətləri və azarkeşlər üçün mümkün qədər təhlükəsiz turnir keçirmək olduğunu vurğulayıblar.
Qeyd edək ki, İran millisi daha əvvəl ABŞ-də qalmasına icazə verilmədiyi üçün Dünya Çempionatı müddətində Meksikanın Tixuana şəhərində məskunlaşmışdı.
Mənbə: Ensonhaber
