25 C
Baku
27 İyul 2024, 6:54
Dünya

ABŞ naziri Blinkenin İsrailə səfərindən əvvəl HƏMAS-dan diqqətçəkən açıqlama gəlib

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada atəşkəs üçün yenidən Misir və İsrailə səfər edəcək. Blinkenin səfərindən əvvəl HƏMAS-dan diqqətçəkən bir açıqlama gəldi.

ABŞ Qəzzada atəşkəsin təmin edilməsi və müharibənin Livana keçməsinin qarşısını almaq üçün yenidən hərəkətə keçdi. ABŞ dövlət katibi Antoni Blinken bu gün Misir və İsrailə səfər edəcək. Müharibə başlayandan bəri 8-ci səfərini edəcək Blinken İordaniya və Qətərə də gedəcək.

Blinkenin səfərindən əvvəl HƏMAS-dan diqqətçəkən bir açıqlama gəldi. HƏMAS-ın yüksək səviyyəli simalarından Sami Əbu Zuhri ABŞ-ı İsrailə təzyiq göstərməyə və Qəzzada müharibəni dayandırmağa çağırıb. Zuhri, “ABŞ administrasiyasını Qəzzaya qarşı müharibəni dayandırmaq üçün işğala təzyiq etməyə çağırırıq və Həmas hərəkatı müharibəni sona çatdıracaq hər cür təşəbbüsə müsbət cavab verməyə hazırdır” deyib.

Blinken İsrailə getməzdən əvvəl Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Daha sonra o, İsrailə gedəcək və baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantla görüşəcək.

 Baydenin atəşkəs təklifi

ABŞ prezidenti Co Bayden mayın 31-də Qəzza müharibəsi üçün üç mərhələli planı açıqlayıb. Plana əsasən, birinci mərhələdə atəşkəs elan edilərək Həmas tərəfindən girov götürülənlərin bir qisminin azad ediləcəyi, daha sonra isə tərəflərin ikinci mərhələ üçün döyüş əməliyyatlarının dayandırılması üçün danışıqlara başlaması nəzərdə tutulurdu.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Blinken: “İran təhlükəsinə qarşı İsrailə tam dəstək veririk”

Aynur Camal

Məktəbə meyvə bıçaqlı hücum: 2 ölü, 10 yaralı

Aynur Camal

İspan mütəxəssis Luis Enrikenin yeni iş yeri bəlli oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu