Dünya

ABŞ Senatı Cey Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə təsdiqlədi

ABŞ Senatı Prezident Donald Trampın namizədi Cey Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə təsdiqləyib. Namizədlik Senatda keçirilən səsvermədə 51 lehinə, 48 əleyhinə səslə qəbul olunub.

Cey Kleyton bu vəzifədə ötən ay istefa verən Tulsi Qabbardı əvəz edəcək. Qabbard daha əvvəl Konqresdə verdiyi ifadədə ABŞ kəşfiyyat orqanlarının İranın hazırda nüvə silahı istehsal etmədiyi və ölkənin ali dini liderinin 2003-cü ildən bəri nüvə silahı proqramını bərpa etmədiyi qənaətində olduğunu açıqlamışdı.

Kleytonun təyinatı ABŞ-da siyasi müzakirələrə səbəb olub. Tənqidçilər onun kəşfiyyat sahəsində peşəkar təcrübəsinin olmadığını və siyasi fəaliyyətinə görə bu vəzifəyə gətirildiyini bildirirlər.

Senatda keçirilən təsdiq dinləmələri zamanı Kleyton 2020-ci il prezident seçkilərində Co Baydenin qələbəsini açıq şəkildə qəbul edib-etmədiyi barədə suala bir neçə dəfə konkret cavab verməyib. O, daha əvvəl televiziya çıxışlarından birində Kaliforniyada səslərin gec sayılmasını seçki saxtakarlığı ilə əlaqələndirən, lakin sübut olunmayan iddialar səsləndirmişdi.

Analitiklər hesab edirlər ki, Cey Kleytonun təyinatı Donald Tramp administrasiyasının milli təhlükəsizlik və kəşfiyyat siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Mənbə:  BBC

Aynur Camal

Oxşar xəbərlər

Süni intellektin hazırladığı ilk restoran fəaliyyətə başladı

Aynur Camal

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsinə yaşıl işıq yandırdı

Aynur Camal

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu