Dünya

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketinin müzakirəsinə yaşıl işıq yandırdı

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketinin irəli aparılması ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyib. Sənədin lehinə 86, əleyhinə isə 12 senator səs verib.

Qanun layihəsində Rusiyanın enerji sektorundan əldə etdiyi gəlirləri məhdudlaşdırmağa yönəlmiş yeni sanksiyalar nəzərdə tutulur. Eyni zamanda sənəd ABŞ Prezidenti Donald Trampa bəzi hallarda tariflər tətbiq etmək və müəyyən sanksiyalardan imtina etmək səlahiyyəti verdiyi üçün Konqresdə müzakirələrə səbəb olub.

Demokratların Senatdakı köməkçilərindən biri bildirib ki, layihə prezidentə kifayət qədər geniş səlahiyyətlər verir və bu səlahiyyətlərə nəzarət mexanizmlərinin zəif olması narahatlıq doğurur. Onun fikrincə, qanun layihəsinin bu hissəsi əlavə müzakirələr tələb edir.

Bu arada Senat Donald Trampın namizədi Cey Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə də təsdiqləyib. Kleytonun namizədliyi 51 senatorun dəstəyi ilə qəbul olunub, 48 senator isə əleyhinə səs verib.

Kleyton ötən ay vəzifəsindən ayrılan Tulsi Qabbardı əvəz edəcək. Qabbard daha əvvəl ABŞ kəşfiyyat orqanlarının İranın hazırda nüvə silahı istehsal etmədiyi barədə qiymətləndirməsini təsdiqləmişdi.

Müşahidəçilərin fikrincə, Rusiyaya qarşı yeni sanksiyalar eyni zamanda, ABŞ kəşfiyyat rəhbərliyindəki dəyişikliklər Vaşinqtonun xarici siyasət kursunda mühüm qərarlar kimi qiymətləndirilir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

İtaliyada çimərlik yerlərini əvvəlcədən “tutanlara” qarşı əməliyyat keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu