Baş xəbərMaraqlı faktlar

Ağ Evdən NASA-ya yeni missiya: Ayda saat neçədir?

Bugun.tv xəbər verir ki, Ağ Ev NASA-nın Ayda vaxtı necə təyin edəcəyini tapmasını istəyir. Memorandumda kosmos agentliyindən ay mərkəzli vaxta istinad sistemi yaratmaq xahiş olunur. Qeyd edək ki, Ayda cazibə qüvvəsi az olduğundan Yerlə müqayisədə orada vaxt  bir qədər tez keçir.

LTC, həddindən artıq dəqiqlik tələb edən Ay kosmik gəmiləri və peyklər üçün vaxtölçmə meyarını təmin edəcək. NASA 2026-cı ilin sentyabrından başlayaraq Artemis proqramı vasitəsilə Ay səthinə astronavt missiyaları göndərməyi planlaşdırır. Bu proqram həmçinin Ay bazasının yaradılmasını da əhatə edir.

OSTP rəsmisi bildirib ki, vahid Ay vaxtı standartı olmadan kosmik gəmilər arasında məlumat ötürülməsinin Yer, Ay peykləri, bazalar və astronavtlar arasında əlaqənin sinxronlaşdırılmasını təhlükəsiz təmin etmək çətin olacaq.

Vaxt uyğunsuzluğu həm də Ay ətrafında və ya orbitdə yerlərin xəritələşdirilməsi və yerləşdirilməsi səhvlərinə səbəb ola bilər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İsveçrədə qoyun yunundan istifadə etməklə buzlaqların əriməsinin qarşısını almağa çalışırlar

Aynur Camal

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

ABŞ səhrasında “parçalanmış Eyfel qülləsi” quruldu – səbəbi təəccübləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu