Bugun.tv xəbər verir ki, Ağdaş rayon sakini, 31 yaşlı Məhəmmədəli Yusifovun kəsilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə bildirilir ki, M. Yusifova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 50 yaşlı Nəzər Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.