Bugun.tv xəbər verir ki, Avropa İttifaqının Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edən ASPIDES hərbi-dəniz missiyası bölgədə vəziyyətin pisləşməsi səbəbindən gəmilərinin xəbərdarlıq səviyyəsini artırıb.
Reuters-in yaydığı məlumata görə, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb. O bildirib ki, missiya gəmilərin müşayiəti və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətini davam etdirir.
Kallas Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarını qəbuledilməz adlandırıb və bu hücumların qlobal iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Aİ Qırmızı dənizdə gəmiçiliyin husilərin hücumlarından qorunmasına kömək edir.
ASPIDES missiyasının xəbərdarlıq səviyyəsinin yüksəldilməsi Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafında gəmiçilik üçün təhlükələrin artdığı bir vaxtda baş verib. Reuters həmçinin qeyd edir ki, İtaliya bölgədə ticarət gəmilərinin təhlükəsizliyini artırmaq üçün əlavə hərbi-dəniz qüvvələrinin göndərilməsini nəzərdən keçirir.
Mənbə: World News
