Rusiya sanksiyaları, Avropa İttifaqı, enerji siyasəti, AB səfirləri, Rusiya nefti, beynəlxalq diplomatiya, Avropa xəbərləri
DünyaSiyasət

Aİ Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirə bilər

Bugun.tv xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqının viza siyasətini sərtləşdirməyə hazırlaşır. Bu barədə Brüsseldəki diplomatik mənbə TASS agentliyinə məlumat verib.

Məlumata görə, Avropa Komissiyası payız aylarında Aİ üzv dövlətlərinə yeni təkliflər paketi təqdim etməyi planlaşdırır. Təkliflərdə ictimai təhlükəsizlik riskləri yaradan ölkələrin vətəndaşlarına viza verilməsindən imtina üçün əlavə meyarların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Mənbənin sözlərinə görə, yeni qaydalar ilk növbədə Rusiya, Belarus və İran vətəndaşlarına şamil edilə bilər. Bununla yanaşı, gələcəkdə bu siyahının genişləndirilməsi də istisna olunmur.

Bildirilir ki, təşəbbüsün məqsədi Aİ-nin daxili təhlükəsizliyini gücləndirmək və mümkün risklərin qarşısını almaqdır. Təkliflərin qəbul olunacağı təqdirdə üzv ölkələrə viza müraciətlərini qiymətləndirərkən daha geniş səlahiyyətlər veriləcək.

Hazırda Avropa Komissiyası tərəfindən məsələ ilə bağlı rəsmi sənəd təqdim edilməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İran yaxın həftələrdə Çindən hava hücumundan müdafiə raket sistemləri alacaq

Aynur Camal

Donald Tramp Vaşinqton Dalles hava limanının yenidən qurulması üçün 22 milyard dollarlıq plan açıqlayacaq

Aynur Camal

150-dən çox alim Entoni Fauçiyə dəstək məqsədilə açıq məktub yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu