Yaxın Şərqdə artan gərginlik Avropa İttifaqının enerji planlarına təsir göstərə bilər.
Avropa İttifaqı-nın Rusiya neftindən tam imtina qərarını təxirə salmaq ehtimalı yüksəlib. Bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Enerji təhlükəsizliyi sual altındadır
Məlumata görə, regionda qeyri-sabitlik Aİ üçün ciddi risklər yaradır. Xüsusilə də Yaxın Şərqdəki vəziyyət Avropanın alternativ enerji mənbələrinə çıxışını çətinləşdirə bilər.
Ekspertlər bildirir ki, bu şəraitdə Rusiya neftinə qoyulacaq qadağanın planlaşdırıldığı vaxtda qüvvəyə minməsi sual altına düşür.
Yeni qanun layihəsi gözlənilir
Reuters agentliyinin məlumatına görə, Avropa Komissiyası 15 aprel tarixində Rusiya neftinin idxalından imtina ilə bağlı qanun layihəsi təqdim etməyi planlaşdırır.
Bildirilib ki, bu təklif Macarıstanda keçiriləcək seçkilərdən sonra gündəmə gətiriləcək ki, siyasi proseslərə təsir etməsin.
Hörmüz boğazı faktoru
Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin artması nəticəsində Hörmüz boğazı ətrafında vəziyyət mürəkkəbləşib.
Bu boğaz dünya üzrə neft və mayeləşdirilmiş qaz daşımalarının əsas marşrutlarından biri hesab olunur. Onun fəaliyyətindəki problemlər qlobal enerji bazarına birbaşa təsir edir.
Mənbə: mail.ru
