Avropa İttifaqı Ukrayna üzvlüyü, Ursula von der Leyen açıqlama, Zelenski Kiyev görüşü, Aİ 20-ci sanksiya paketi, Ukraynaya 200 milyard avro dəstək, Aİ kredit qərarı, Ukrayna enerji planı, Aİ genişlənmə prosesi.
Dünya

Aİ-yə yeni üzvlər üçün 15 illik xüsusi nəzarət təklif olunur

Bugun.tv xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına gələcəkdə qoşulacaq ölkələr üçün 15 illik xüsusi nəzarət mexanizminin yaradılmasını təklif edib.

Təklifə əsasən, yeni üzv dövlət Aİ-nin demokratik prinsiplərindən ciddi şəkildə geri çəkilərsə, onun səsvermə hüququnun və bəzi maliyyə imkanlarının müvəqqəti dayandırılması mümkün olacaq.

Avropa Komissiyası bu mexanizmlə Aİ-yə yeni üzvlərin qəbulundan sonra demokratik standartların qorunmasını gücləndirməyi hədəfləyir. Təklif xüsusilə Ukrayna, Moldova, Albaniya və Monteneqronun Aİ-yə üzvlük perspektivlərinin gündəmdə olduğu bir vaxtda irəli sürülüb.

Hazırda Aİ-nin 27 üzvü bu təkliflə bağlı razılığa gəlməlidir. Komissiyanın təşəbbüsünün əsas məqsədlərindən biri yeni üzv ölkələrin sonradan birlik daxilində demokratik qaydalardan uzaqlaşmasının qarşısını almaqdır.

Mənbə: EuroNews

Aynur Camal

Oxşar xəbərlər

Məşhur italyan dizayneri tarixi mədrəsəni podiuma çevirdi

Aynur Camal

Su qıtlığı dərinləşir: ölkələr yeni üsullara keçir

Aynur Camal

Qeyri-adi gecələmə yerlərinin ən çox olduğu ölkə məlum oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu