25 C
Baku
27 İyul 2024, 4:15
Baş xəbər

Akademik Zərifə Əliyeva – 101 il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçiriləcək.

 Bugun.tv -ə verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışmaqdır. Qeyd edək ki, bu konfranslar mütəmadi xarakter daşıyır. Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış edəcəklər.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.  “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.​

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edəcək.

Konfrans moderatorlar Dr. Ceyhun Nəzərli, t.e.d. Müşfiq Kərimov, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Qurban Ismayilov, t.ü.f.d. Сəmil Həsənov, t.ü.f.d. Rafadar Xəliliov, Dr. Xəlil Hüseynov və t.ü.f.d. Lalə Axundova tərəfindən həyata keçiriləcək.

QEYD: Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularında çıxışlar dinləniləcək. Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz təqdimatları ilə məruzə edəcəklər.

Qeyd edək ki, tədbir 28 aprel 2024, saat: 10:00, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15

Əlaqə: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. E-mail: oftalmoloqlarcemiyyeti@gmail.com

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu – “GOK-2023” keçirildi – FOTO

İntizar Əmirova

Qənirə Paşayeva son mənzilə yola salındı

Kəmalə Sultan

Ələt-Astara yolunda qəza oldu, nəticədə 2 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu