Baş xəbərSosial

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın qədim xalqlarından olan Alban-Udi Xristian icmasının din xadimləri İstanbul və Mardində dini təlimlərə qatılıblar.

TİKA-nın dəstəklədiyi layihə çərçivəsində Qəbələ vilayətinin Nic qəsəbəsindəki Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi din xadimləri İstanbuldakı Süryani və Anadolu pravoslav kilsələrini, Mardindəki Deyrulzafaran monastırını ziyarət edərək, dini maarifləndirmə və ənənəvi mərasimlər haqqında məlumat alıblar.

Layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik “Azərbaycanın mədəni zənginliyini və tolerantlığını heç bir ayrı-seçkiliyə yol vermədən qoruyub saxlamaq, ölkəmizlə Azərbaycan arasındakı mədəni-mənəvi əlaqələrə fərqli bir bağ gətirmək üçün bu və buna bənzər layihələri həyata keçiririk” deyib.

Ötən il TİKA tərəfindən Çotari kilsəsində Alban-Udi xristian icması üçün təhsil mərkəzi yaradılıb.

Aynur Camal

Oxşar xəbərlər

Polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir

Kəmalə Sultan

DOST Agentliyində Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş olub

Aynur Camal

Telejurnalistə vəzifə verildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu