qədim timsah, Misir fosili, Böyük Sfinks, 45 milyon illik fosil, Herugavialis cairensis, arxeologiya, paleontologiya, qədim heyvanlar
Maraqlı faktlar

Alimlər Sfinkslə oxşarlığı olan 45 milyon illik timsah fosili müəyyənləşdiriblər

Bugun.tv xəbər verir ki, alimlər Misirdə təxminən 45 milyon il əvvələ aid timsah fosilini yenidən araşdıraraq onun yeni bir cinsə aid olduğunu müəyyənləşdiriblər.

Tədqiqatçılar təxminən bir əsr əvvəl aşkar edilmiş kəlləni kompüter tomoqrafiyası ilə yenidən tədqiq ediblər. Fosil Misirdəki Mokattam geoloji layından tapılıb. Məhz Böyük Giza Sfinksinin də yonulduğu əhəngdaşı təbəqəsi bu ərazidə yerləşir.

Maraqlı məqam ondan ibarətdir ki, fosilin kəlləsində burun hissəsinin ucu yoxdur. Bu xüsusiyyət Böyük Sfinksin itmiş burnu ilə oxşarlıq yaradıb.

Misir, Böyük Britaniya, İsveç və Almaniyadan olan alimlər heyvanı Herugavialis cairensis adlandırıblar. Tədqiqatın nəticələri Royal Society Open Science jurnalında dərc olunub. Bu heyvan ilk dəfə 1927-ci ildə başqa bir cinsə aid edilərək təsvir edilmişdi.

qədim timsah, Misir fosili, Böyük Sfinks, 45 milyon illik fosil, Herugavialis cairensis, arxeologiya, paleontologiya, qədim heyvanlar

Yeni araşdırma kəllənin quruluşunda və heyvanın təkamül əlaqələrində mühüm fərqlər olduğunu ortaya çıxarıb. Bu nəticələr alimləri növü ayrıca cins kimi təsnif etməyə vadar edib.

Tədqiqatçılar bildirirlər ki, belə fosillərin öyrənilməsi qədim timsahların Aralıq dənizi ətrafında necə yayıldığını və sonradan niyə yoxa çıxdığını anlamağa kömək edə bilər.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Dalğıcın gördüyü mənzərə hər kəsi təəccübləndirdi – tısbağa süngərin içində yatırdı

Aynur Camal

Tarlalara 25 min qutu yumurta qabığı səpildi – Səbəbi təəccübləndirdi

Aynur Camal

Sidr ağacından alınan yağ yuxuya müsbət təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu