Dünya

İran Körfəz ölkələrini xəbərdar etdi

Reuters agentliyinin 6 Avqustda yaydığı eksklüziv xəbərə görə İran Körfəz ölkələrinə rəsmi xəbərdarlıq göndərib. Məktubda bildirilir ki, əgər ABŞ İrana qarşı yeni hərbi əməliyyat başlatsa, cavab zərbələri Körfəz ölkələrinin ərazisinə və neft obyektlərinə yönələcək.

İran diplomatik kanallarla Qətər və Səudiyyə Ərəbistanından ABŞ administrasiyasına təzyiqi dayandırması üçün təsir göstərməyi xahiş edib. Mənbələrin sözlərinə görə Tehran “müharibənin genişlənməsini istəmir, amma müdafiə olunacaq” mesajını verib.

Bu xəbərdən sonra beynəlxalq bazarda neftin qiyməti yenidən qalxdı. Brent markalı neft 1 bareli 80 dollara yaxınlaşdı. Ekspertlər deyir ki, Qırmızı dəniz və Hormuz boğazında gəmi hücumları davam etdiyi üçün bazar hələ də gərgindir.

Hazırda Vaşinqton və Tehran arasında birbaşa danışıq yoxdur. Körfəz ölkələri isə vəziyyəti sakitləşdirmək üçün vasitəçilik etməyə çalışır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu