Maraqlı faktlar

Alimlər qara dəliklərin illər sonra niyə radio siqnalları yaydığını müəyyən ediblər

Bugun.tv xəbər verir ki, astronomlar superkütləli qara dəliklərin ulduzları udduqdan aylar, hətta illər sonra niyə qəfil radio siqnalları yaymasının səbəbini müəyyən ediblər. Tədqiqatın nəticələri The Astrophysical Journal jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, qara dəliklər yaxınlığından keçən ulduzları güclü cazibə qüvvəsinin təsiri ilə parçalayaraq qaz axınlarına çevirir. “Gelgit pozulması hadisəsi” (TDE) adlandırılan bu proses hər qalaktikada təxminən 100 min ildə bir dəfə baş verir.

ABŞ-ın Nyu-Meksiko ştatındakı Karl G. Jansky Very Large Array (VLA) radioteleskopu ilə aparılan altı illik müşahidələr göstərib ki, belə hadisələrin təxminən 40 faizində əsas radio partlayışları ilkin parıltı söndükdən xeyli müddət sonra meydana çıxır.

Araşdırma zamanı 1990–2019-cu illərdə qeydə alınmış 91 hadisə təhlil edilib. Alimlər müəyyən ediblər ki, qara dəlik ya həddindən artıq sürətlə qidalandıqda, ya da maddə axını kəskin azaldıqda udulmayan qazın bir hissəsi kosmosa atılır. Ətraf mühitlə toqquşan bu qaz güclü şok dalğaları yaradaraq radio siqnallarının yaranmasına səbəb olur.

Tədqiqatçılar gələcəkdə belə partlayışların baş verəcəyini əvvəlcədən müəyyən etmək üçün helium emissiya xətlərindən istifadə etməyi planlaşdırırlar.

Aynur Camal

Oxşar xəbərlər

Misirdə 2600 il torpaq altında qalmış nəhəng tikilinin izləri müəyyən edilib

Aynur Camal

Qiant Keusey barədə yeni sirr açıldı

Aynur Camal

İlk nüvə bombasının qalıqlarında əvvəllər məlum olmayan kristallar aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu