Digər

iPhone 18 Pro-nun gözlənilən qiyməti məlum olub

Apple yeni nəsil flaqman smartfonları ilə bağlı qiymət strategiyasını müəyyənləşdirib. Məlumata görə, şirkət artan istehsal xərclərinə baxmayaraq iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qiymətini sabit saxlamağı planlaşdırır.

Bildirilir ki, bu addım Apple-ın rəqibləri ilə müqayisədə bazarda üstün mövqe qazanmasına hesablanıb. Şirkət qiymət artımını məhdudlaşdıraraq yeni modelləri daha geniş istifadəçi kütləsi üçün cəlbedici etməyi hədəfləyir.

Rəng seçimləri məhdud olacaq

Mənbələrin məlumatına görə, xərcləri balanslaşdırmaq üçün cihazların rəng seçimləri üç variantla məhdudlaşdırılacaq. Yeni seriyanın tünd boz, tünd qırmızı və gümüşü-ağ rənglərdə təqdim ediləcəyi gözlənilir.

Artan xərcləri şirkət özü qarşılayacaq

Qeyd olunur ki, xüsusilə yaddaş (DRAM) komponentlərinin bahalaşması fonunda Apple əlavə xərcləri istifadəçilərə yükləmək əvəzinə öz mənfəətindən qarşılayacaq.

Analitiklər hesab edir ki, şirkətin xidmətlər sektorundan əldə etdiyi yüksək gəlirlər bu strategiyanı həyata keçirməyə imkan verir. Bu yanaşma fonunda digər istehsalçıların qiymət artımı davam edərsə, bəzi Android istifadəçilərinin iOS ekosisteminə keçməsi mümkündür.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu