Səhiyyə

Alimlər vitaminlərin xərçənglə əlaqəsini araşdırır: B12 və B2 ilə bağlı yeni nəticələr

Son araşdırmalar vitaminlərin insan orqanizminə təsiri ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb. Xüsusilə B12 və B2 vitaminlərinin xərçəng hüceyrələri ilə əlaqəsi alimlərin diqqət mərkəzinə çevrilib.

Bugun.tv xəbər verir ki, yeni elmi tədqiqatlarda B12 vitamininin qanda normadan artıq olmasının bəzi xərçəng növlərinin yaranma riskini artıra biləcəyi bildirilib. Araşdırmaya görə, həm B12 çatışmazlığı, həm də onun həddindən artıq yüksək səviyyəsi müəyyən risk faktorları yaradır. Alimlər qeyd edirlər ki, B12 hüceyrələrin inkişafını sürətləndirdiyi üçün orqanizmdə mövcud olan xərçəngöncəsi hüceyrələrin böyüməsinə də təsir göstərə bilər. Bununla belə, tədqiqatçılar birbaşa səbəb-nəticə əlaqəsinin hələ tam sübut olunmadığını vurğulayırlar.

Araşdırmalarda həmçinin müəyyən edilib ki, yüksək B12 göstəriciləri bəzən xərçəng xəstəliyinin özü ilə əlaqəli olur. Xüsusilə qaraciyər zədələnməsi və bəzi şişlərin qanda vitaminə bağlı zülalların sayını artırması analiz nəticələrinə təsir edir.

Digər tərəfdən, Almaniyanın Vürsburq Universitetinin alimləri B2 vitamininin – riboflavinin – xərçəng hüceyrələrinin qorunmasında mühüm rol oynadığını aşkarlayıblar. Məlum olub ki, xərçəng hüceyrələri B2 vitaminindən istifadə edərək özlərini “ferroptoz” adlanan hüceyrə məhvi prosesindən qoruyur.

Tədqiqat zamanı alimlər “rozeoflavin” adlı maddənin xərçəng hüceyrələrinin bu müdafiə mexanizmini zəiflədə bildiyini müəyyən ediblər. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu istiqamətdə hazırlanacaq yeni preparatlar sağlam toxumalara zərər vermədən şişlərin məhv edilməsinə kömək edə bilər.

Araşdırma müəllifləri bildirirlər ki, əldə olunan nəticələrə baxmayaraq, B2 və B12 vitaminlərindən tam imtina etmək düzgün deyil. Çünki bu vitaminlər insan orqanizmi üçün həyati əhəmiyyət daşıyır və yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sümükləri süddən daha yaxşı möhkəmləndirən 5 məhsul açıqlandı

Aynur Camal

NASA: ISS-də tibbi araşdırmalar kosmosda davam edir

Aynur Camal

ÜST: Konqonun şərqində münaqişə Ebola böhranını dərinləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu