beyin, MRT, sinir sistemi, beyin xəritəsi, ağrı, Cənubi Koreya, Nature Neuroscience, nevrologiya
Səhiyyə

Alimlər beynin məlumat axınını izləmək üçün yeni üsul hazırlayıb

Bugun.tv xəbər verir ki, Cənubi Koreya alimləri beynin müxtəlif hissələri arasında məlumatın hansı istiqamətdə hərəkət etdiyini daha dəqiq müəyyənləşdirməyə imkan verən yeni analiz üsulu hazırlayıblar.

Medical Xpress yazır ki, Cənubi Koreyanın Əsas Elmlər İnstitutu və Sungkyunkvan Universitetinin tədqiqatçıları “inteqrasiya olunmuş effektiv əlaqələndirmə” adlandırılan yeni çərçivə üzərində işləyiblər. Araşdırma Nature Neuroscience jurnalında dərc olunub.

Yeni üsul beyindəki müxtəlif bölgələrin bir-birinə təsir istiqamətini qiymətləndirmək üçün bir neçə analiz metodunu birləşdirir. Tədqiqatçılar onu meymun və insan məlumatları üzərində sınaqdan keçiriblər.

İnsan məlumatları arasında istirahət vəziyyətində olan 440 şəxsin, “Forrest Gump” filminə baxan 13 nəfərin və dilinə acı bibər tərkibli məhlul tətbiq edilərək davamlı ağrı hiss edən 48 nəfərin MRT məlumatları araşdırılıb.

Alimlər müəyyən ediblər ki, beynin məlumat axını sabit deyil. Filmə baxarkən beyin şəbəkələrinin iyerarxiyası nisbətən “yastılaşır”, davamlı ağrı zamanı isə bəzi bölgələr arasındakı fərq artır. Tədqiqatçılar yeni metodun gələcəkdə xroniki ağrı və bəzi nevroloji və psixi pozuntuların araşdırılmasında istifadə oluna biləcəyini bildirirlər.

Mənbə: MedicalXpress

Aynur Camal

Oxşar xəbərlər

Qocalma zamanı əzələ zəifləməsinin səbəblərindən biri tapıldı

Aynur Camal

Həkimlər dəmir çatışmazlığının aşkarlanması üçün yeni hədlər müəyyənləşdirib

Aynur Camal

Onkoloq USM nəticələrində xəstələri boş yerə qorxudan 4 ifadəni açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu