Səhiyyə

Alimlər: Daha çox lifli qida daha keyfiyyətli yuxu təmin edir

Beynəlxalq tədqiqatçılar daha çox lif tərkibli qidaların yuxunun keyfiyyətinə müsbət təsir etdiyini açıqlayıb. Təcrübədə 4,8 min “insan-gecə” müşahidəsi analiz olunub və nəticələr göstərib ki, lifli qida qəbul edən şəxslərdə dərin və REM-yuxu daha uzun, səthi yuxu isə qısa olur, gecə boyu orta ürək döyüntüsü isə bir qədər aşağı düşür.

Alimlərin fikrincə, lifli qida bağırsaq mikroflorasını dəstəkləyərək, qısa zəncirli yağ turşularının əmələ gəlməsinə kömək edir. Bu molekullar iltihab proseslərini tənzimləyir və beyin sinir sisteminə müsbət təsir göstərir, nəticədə yuxu daha bərpaedici olur.

Tədqiqat həmçinin göstərir ki, ümumiyyətlə bitki əsaslı, müxtəlif qidalar yuxunu yaxşılaşdırır və gecəlik ürək ritmini sakitləşdirir. Bu araşdırma yuxunun yalnız uzunluğuna yox, həm də strukturuna diqqət yetirərək, “nə yediyinlə necə yuxuya getdiyin” arasında əlaqəni göstərir.

Mütəxəssislər qeyd edirlər ki, lifli və balanslı qidalanma yuxunun keyfiyyətini artırmaqla yanaşı, ümumi sağlamlığı da dəstəkləyir. Lakin nəticələr müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini tam təsdiqləmir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İngilis səhər yeməyi yaşlanmanı yavaşlada bilər

Aynur Camal

Həkimlər açıqladı: Arıq insanlarda belə qarın niyə arta bilər

Aynur Camal

Albalının xərçəngə qarşı faydaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu