25 C
Baku
27 İyul 2024, 4:38
Dünya

Almaniya: Dünya Məhkəməsinin İsrailə qarşı qərarı məcburidir

Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin hücumlarının dayandırılmasına dair qərarını şərh edən Almaniyanın xarici işlər naziri Annalena Baerbok, “Qərar məcburidir və ona hörmət edilməlidir” deyib. Baerbok deyib ki, beynəlxalq humanitar hüquq “İsrailin müharibə aparmasına da aiddir”.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı çıxardığı hökmləri dəyərləndirib.

Baerbok bu gün başlayacaq Avropa İttifaqı (Aİ) nazirlərinin toplantısından əvvəl verdiyi açıqlamada Dünya Məhkəməsinin İsraili Qəzza zolağının cənub hissəsinə hərbi hücumunu dərhal dayandırmağa çağıran qərarının məcburi olduğunu və bu qərara hörmət edilməli olduğunu bildirib.

Baerbok, həmçinin Almaniyanın Avropa İttifaqının (Aİ) Rəfahdakı sərhəd-keçid missiyasının yenidən aktivləşdirilməsi ideyasını dəstəklədiyini bildirib.

Almaniyalı nazir İsrailin davam edən hücumlarından sonra məcburi köçkünlərin miqrasiyasına toxunaraq açıqlamasına davam edərək, “Daha çox insanın çadırlara sığınmaq məcburiyyətində qalması halında heç bir İsrailli girov azad edilməyəcək” deyib.

“Beynəlxalq humanitar hüquq hər kəsə, eləcə də İsrailin müharibə aparmasına şamil edilir”, o əlavə edib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Firon Tutanxamonun üz cizgiləri tapıldı

Kəmalə Sultan

Papa əməliyyatdan 9 gün sonra evə buraxılıb

Nigar Məmmədova

İran səfirliyi qarşısında “şərəfsiz” şüarları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu