11 C
Baku
20 Mart 2023, 23:44
Siyasət

Almaniyanın karqo şirkəti Ukraynaya yardımların çatdırılmasını dayandırdı

Almaniyanın “Deutsche Bahn” dəmir yolu daşıyıcısı Ukraynaya humanitar yüklərin pulsuz çatdırılmasını dayandırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Almaniya jurnalında məlumat dərc olunub.

Hərbi əməliyyatlardan sonra şirkət dəstək əlaməti olaraq Ukraynaya pulsuz yardım daşımağa başlayıb. Bu dəstək başladığı kimi tez sona çatdı. 1 yanvar 2023-cü il tarixindən karqo artıq pulsuz daşıma təklif etmir.

Qeyd edək ki, ötən ilin fevral ayından etibarən “DB Cargo” Ukraynaya 1300 konteyner humanitar yardım daşıyıb. Nəqliyyat xərcləri təxminən 5 milyon avro təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan tankçıları hazırlıqlarını davam etdirirlər

Sabina Uğur

T.İsmayılov: “Bölgədə baş verəcək bütün kataklizmlərin tək günahkarı birbaşa Ermənistandır”

Nigar Məmmədova

Zelenski Kanadadan “Leopard 2” tankları almağı planlaşdırır

Nigar Məmmədova

Şərh yazın