Dünya

Alpinist 300 metrdən çuxura düşdü!

İtaliyanın Kortina d’Ampezzo xizək kurortuna qalxan alpinist Monika Reginato 300 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Veneto bölgəsindəki Dolomitlərdəki Sorapiss dağında hadisə yerinə gələndə artıq gec olub və alpinistin öldüyü müəyyən edilib.

Bildirilib ki, xilasetmə qrupları onun cəsədini çıxarmaq üçün 20 metrlik krandan istifadə etməli olub və alpinist yüzlərlə metr dərinlikdəki çuxura düşüb. Yerli media onun dostlarının şok müalicəsi aldığını bildirib.

55 yaşlı Reginatonun 20 ildən artıqdır ki, alpinizm məktəbində dərs deyən təcrübəli alpinist olduğu açıqlanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın adı dəyişdirildi?

Bugün TV

Qurani-Kərimi yandıran deportasiya olunacaq

İntizar Əmirova

22 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu