Amarant unu və yağı sağlam qidalanma məhsullarının istehsalı üçün perspektivli xammal hesab olunur. Bu bitki zülal, qida lifləri və orqanizm üçün əhəmiyyətli digər maddələrlə zəngindir.
Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Qidalanma və Biotexnologiya Federal Araşdırma Mərkəzinin direktoru Dmitri Nikityuk TASS agentliyinə açıqlamasında bildirib.
Akademikin sözlərinə görə, amarant Rusiyada az tanınan bitkilərdən olsa da, onun emalından alınan məhsullar həm qida sənayesində, həm də kosmetika istehsalında istifadə edilir. Xüsusilə amarant unu və yağı sağlam qida məhsullarının hazırlanmasında diqqətəlayiq imkanlar yaradır.
Nikityuk hesab edir ki, bu məhsullar insanların gündəlik qida rasionuna daha geniş şəkildə daxil edilməlidir. O, amarantı zülal və qida liflərinin perspektivli mənbələrindən biri kimi qiymətləndirib.
Amarantdan hazırlanan məhsullara marağın artması sağlam qidalanma sahəsində yeni istehsal imkanları yarada bilər. Bununla yanaşı, bitkinin qida sənayesində tətbiqinin genişləndirilməsi onun emalı və istehsal imkanlarının inkişafını da tələb edir.
Mənbə: mail.ru
