Sosial

Anadan sərt iddia: “Oğlumu narkotiklə şərləyib tutublar”

Narkotik satışında təqsirli bilinən Tural Əzizov bərasində 4 ay həbs qətimkan tədbiri seçilib. Anası Mehriban Əzizova iddia edir ki,oğlu heç bir cinayət törətməyib. O, Bugun.tv-yə bildirib ki, Sabunçu rayon 13-cü polis bölməsindən zəng edib oğlunu çağırıblar. “Turalı narkotikin satışıyla ittiham ediblər. Onu bölməyə çağırıb, deyiblər ki, sən narkotik satırsan. Onu necə əldə etmisən, hardan və kimdən almısan? Oğlum isə bu ittihamı qəbul etməyib”.

Vətəndaş iddia edir ki, bölmədə oğluna işgəncə verilib. “Məcbur ediblər ki, narkotik satmağı barədə ifadə yazsın. Lakin oğlum imtina edib. Bundan sonra yerə yıxıb təpiklə döyüb, təhqir ediblər. İşgəncəyə dözməyən oğlum ifadəyə qol çəkməli olub”.

Mehriban Əzizovanın sözlərinə görə Tural Əziziov övladlarını dəmir toplayıb, satmaqla saxlayıb. Hazırda ailənin vəziyyəti acınacaqlıdır. Onların bir tələbi var – istintaq düzgün aparılsın, ədalətli qərar verilsin.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Bugun.tv-yə bildirib ki, iddialar şəxsi mülahizələrə əsaslanır. “Fakt yoxdur. Bu adı çəkilən şəxsin polis haqqında növbəti əsassız fikirləridir. Məqsədi məlumdur. Polis qanunla üzərinə düşən vəzifələri həyata keçirir. Hüquqazidd hal yoxdur”.

Xatırladaq ki, Tural Əzizov Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək saxlanılıb. Faktla bağlı istintaq gedir.

Sevinc Sadıqova

Oxşar xəbərlər

“Azərbaycan Qlaukomatoloqlarının V konfrası” keçirildi – FOTO

Bugün TV

HHQ komandanı ABŞ-da səfərdədir

Aynur Camal

“Zorlamaya görə cəzanın sərtləşdirilməsi sosial sifarişdir” – Əməkdar jurnalıst çağırış etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu