Avropanı bürüyən güclü isti hava dalğası fonunda Fransada bəzi məktəblər sinif otaqlarının həddindən artıq qızmasının qarşısını almaq üçün qeyri-adi üsula əl atıb. Məktəblərdə pəncərə şüşələri günəş şüalarının içəri daxil olmasını azaltmaq məqsədilə təbaşir tozu ilə örtülür.
Müəllimlər və məktəb rəhbərləri bu üsulun otaqlarda istiliyin bir qədər azalmasına kömək etdiyini bildirirlər. Ölkədə temperaturun bir çox bölgədə 40°C-dən yuxarı qalxması səbəbindən həm dərslərin keçirilməsi, həm də şagirdlərin sağlamlığı çətinləşib. Bəzi məktəblər dərs saatlarını dəyişdirir, bəziləri isə erkən bağlanma qərarı verir.
Rəsmilər bildirirlər ki, bir çox məktəb binaları güclü istilərə uyğunlaşdırılmayıb və bu səbəbdən müvəqqəti, sadə həllərə müraciət olunur. İstilik dalğasının bütün Avropada təsirli olduğu və xüsusilə cənub və qərb bölgələrində daha kəskin hiss edildiyi qeyd olunur.
Mənbə: The Guardian
