Donald Tramp, Co Bayden, Ağ Ev, gizli məktub, Promise Me America, ABŞ siyasəti, prezidentlər, şəxsi məktub
Dünya

Trampın Baydenə yazdığı və illərlə gizli qalan məktubun məzmunu açıqlandı

ABŞ Prezidenti Donald Trampın 2021-ci il yanvarın 20-də Ağ Evdə vəzifəsini təhvil verərkən xələfi Co Baydenə qoyduğu şəxsi məktubun tam məzmunu üzə çıxıb. Məktub Baydenin noyabrın 17-də nəşr olunacaq “Promise Me, America” adlı yeni kitabında yer alıb.

Bugun.tv xəbər verir ki, bu barədə TRT Haber noyabrın 11-də məlumat yayıb. Məlumatı ilk olaraq “The New York Times” nəşri yayıb, məktubun surətini isə “Associated Press” araşdırıb.

Ağ Evin rəsmi blankında qara markerlə əl yazısı ilə qələmə alınan məktub “46-cı prezidentə” başlığı ilə başlayır. Tramp məktubunda Oval kabinetdə çalışmaq imtiyazından və prezidentlik vəzifəsinin böyük məsuliyyətindən bəhs edib. O, Baydenə Amerika xalqına sadiq qalacağına inandığını bildirib və ölkə tarixində özünəməxsus iz buraxmaq fürsətinin onun qarşısında olduğunu vurğulayıb.

Bayden kitabında məktubun üslubunun Trampın ictimai çıxışlarındakı sərt mövqeyi ilə ziddiyyət təşkil etdiyini qeyd edərək, sanki iki fərqli Trampın olduğunu yazıb.

Kitabda, həmçinin Trampın 2024-cü il prezident seçkilərində qələbəsindən sonra iki siyasətçi arasında Ağ Evdə keçirilən görüşdən bəhs olunur. Baydenin sözlərinə görə, həmin görüşdə Tramp ona siyasət olmasaydı, yaxşı dost ola biləcəklərini deyib.

Qeyd edək ki, Trampın məktubu 2021-ci ildə Baydenə təhvil verilsə də, onun tam məzmunu indiyədək ictimaiyyətə açıqlanmamışdı.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Lavrov: Rusiya Ukraynada atəşkəslə bağlı Avropanın tələbini qəbul etməyəcək

Aynur Camal

Silahlı şəxslər zirehli puldaşıyan avtomobili qarət etməyə cəhd etdilər

Aynur Camal

Dronlarla çatdırılma xidmətləri genişləndirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu