Vüqar Bayramov, Beynəlxalq Astronavtika Konqresi, Antalya, Azərbaycan kosmik sənayesi, Azərkosmos, TÜBİTAK, kosmik texnologiyalar, Türkiyə
Baş xəbər

Antalya 77-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Deputat sosial şəbəkə hesabında konqres çərçivəsində təşkil olunan sərgidən görüntülər paylaşaraq Azərbaycanın kosmik sahədəki təmsilçiliyinə diqqət çəkib. Bayramovun paylaşdığı görüntülərdə Türkiyənin TÜBİTAK stendində Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da nümayiş etdirildiyi görünür. Azərbaycanı tədbirdə “Azərkosmos” xüsusi stendlə təmsil edir.

Vüqar Bayramov, Beynəlxalq Astronavtika Konqresi, Antalya, Türkiyə, Rəcəb Tayyib Ərdoğan, kosmik sənaye, Azərkosmos, kosmik texnologiyalar

“Bu gün qardaş Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresinin rəsmi açılış mərasimi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək Türk dünyasının kosmik sənayenin inkişafına tarixi və müasir töhvəsinə diqqəti çəkdi. Oktyabrın 9-da başa çatacaq tədbirdə 108 dövlətdən 7 mindən çox nümayəndə iştirak edir”, – deyə Vüqar Bayramov bildirib.

Qeyd edək ki, 5-9 oktyabr tarixlərində keçirilən konqresdə kosmik texnologiyalar, təhlükəsizlik, elmi tədqiqatlar və yeni əməkdaşlıq imkanları müzakirə olunur. Tədbirdə Vüqar Bayramovun da “Kosmos texnologiyası Azərbaycan cəmiyyəti üçün hansı dəyərli həll yolları təklif edir?” mövzusunda çıxışı nəzərdə tutulub.

Aynur Camal

Oxşar xəbərlər

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

Bakıda “Disko Rəqqası” filmi nümayiş olunacaq

Aynur Camal

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu