Digər

Apple yükselişte: 2026 sonunda dizüstü bazarında üçüncü yerə çıxır

Texnologiya nəhəngi Apple yeni məhsul strategiyası ilə qlobal noutbuk bazarında mövqeyini sürətlə gücləndirir. Şirkətin 2026-cı ilin sonuna qədər dünyanın ən böyük üçüncü dizüstü kompüter istehsalçısına çevriləcəyi gözlənilir.

Bazar araşdırmalarına görə, Apple satış həcminə görə əsas rəqiblərindən biri olan Dell-i geridə qoymağa hazırlaşır. Proqnozlara əsasən, 2026-cı ildə liderliyi LenovoHP qoruyacaq – müvafiq olaraq 43 milyon və 39 milyon cihaz satışı ilə.

Apple isə satışlarını əhəmiyyətli dərəcədə artıraraq 28 milyon MacBook səviyyəsinə çatdırmağı planlaşdırır. Bu artımın əsas səbəbi kimi yeni təqdim olunan sərfəli qiymətli MacBook Neo modeli göstərilir.

MacBook Neo bazarı dəyişir

Başlanğıc qiyməti 599 dollar olan bu modelin təkbaşına 10 milyon ədəd satacağı proqnozlaşdırılır. Qalan satışlar isə MacBook Air və MacBook Pro seriyalarının payına düşəcək.

Ekspertlər qeyd edir ki, Apple-ın əsas üstünlüyü öz çiplərini istehsal etməsi və xarici istehsalçılardan – məsələn Intel, AMDNVIDIA – asılı olmamasıdır. Bu yanaşma şirkətə daha çevik və müstəqil qərar vermək imkanı yaradır.

Bundan əlavə məlumatda qeyd olunur ki, Apple cihazlarında istifadə olunan vahid yaddaş arxitekturası xüsusilə süni intellekt və yüksək performans tələb edən işlər üçün üstünlük sayılır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu