Digər

Kral Charles-dan Trampa cavab: “Biz olmasaydıq, siz fransızca danışırdınız”

ABŞ-da rəsmi səfərdə olan Böyük Britaniya kralı III Charles Konqresdə çıxışı zamanı ABŞ Prezidenti Donald Trump-ın əvvəlki bəyanatlarına cavab verərək diqqətçəkən açıqlama verib.

Bildirilib ki, kral Konqresin birgə iclasında çıxış edərək iki ölkə arasındakı tarixi münasibətlərin əhəmiyyətini vurğulayıb. Çıxışı zamanı o, Trampın Davos forumunda səsləndirdiyi “ABŞ olmasaydı, Avropa Alman dilində danışardı” fikrinə eyham vuraraq belə deyib:

“Cəsarətlə deyə bilərəm ki, biz olmasaydıq, siz fransızca danışırdınız.”

Kral çıxışında ABŞ və Böyük Britaniya arasında mövcud olan strateji tərəfdaşlığın “əbədi və qırılmaz” olduğunu qeyd edib. O, həmçinin Ukrayna və Yaxın Şərqdəki münaqişələr fonunda iki ölkənin əməkdaşlığının daha da vacib olduğunu vurğulayıb.

Bu səfər çərçivəsində III Charles və kraliça Kamilla əvvəlcə Ağ Evdə rəsmi mərasimlə qarşılanıb, daha sonra isə Konqresdə çıxış ediblər. Bu, Britaniya monarxının ABŞ Konqresinə nadir müraciətlərindən biri kimi qiymətləndirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu