Baş xəbər

Aprelin 8-nə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11°, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Mənbə: Milli Hidrometeorologiya Xidməti

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Danimarkaya nota verdi

Nigar Məmmədova

Prezident İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb

Nigar Məmmədova

Köpəkbalıqlarının narkotik testi müsbət çıxdı!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu