qədim Misir, mumiyalanmış pişiklər, arxeoloji araşdırma, pişik qalıqları, Bəni Həsən, qədim heyvan qəbiristanlığı, Misir tarixi, elmi kəşf
Maraqlı faktlar

Qədim Misirdə tanrılara qurban edilən pişiklərin ağır şəraitdə yaşadığı üzə çıxıb

Bugun.tv xəbər verir ki, qədim Misirdə tanrılara təqdim edilmək üçün mumiyalanan pişiklər heç də yaxşı şəraitdə yaşamayıblar. Alimlərin apardığı yeni araşdırma bu heyvanların bir çoxunun xəstəliklərdən, zədələrdən və sıx saxlanma şəraitinin yaratdığı problemlərdən əziyyət çəkdiyini üzə çıxarıb.

“Mail.ru”nun “Phys.org” nəşrinə istinadən yaydığı məlumata görə, Belçika və Britaniya alimləri Vyana Təbiət Tarixi Muzeyində saxlanılan 131 qədim pişik kəlləsini araşdırıblar. Qalıqların Misirin Bəni Həsən bölgəsindəki qədim heyvan qəbiristanlığından gətirildiyi ehtimal olunur.

Tədqiqat zamanı kəllələrin 81-də müxtəlif xəstəlik və zədə əlamətləri aşkarlanıb. Bunlara dişlərin itirilməsi, diş əti xəstəlikləri, infeksiya izləri, sınıqlar və digər heyvanların dişləməsindən yaranan yaralar daxildir. Bəzi kəllələrdə insan tərəfindən vurulmuş zərbələrin izləri də müəyyən edilib.

Araşdırma müəllifləri hesab edirlər ki, pişiklərin çoxsaylı şəkildə eyni yerdə saxlanılması stressə, qarşıdurmalara və xəstəliklərin yayılmasına şərait yaradıb. Bununla belə, heyvanların dəqiq hansı şəraitdə saxlanıldığını yalnız sümük qalıqları əsasında müəyyənləşdirmək mümkün deyil.

Tədqiqatın nəticələri Journal of Archaeological Science elmi jurnalında dərc olunub.

Mənbə: phys.org/news

Aynur Camal

Oxşar xəbərlər

Qadınların soyuğa daha həssas olmasının mümkün səbəbi araşdırılıb

Aynur Camal

Pişiklərin insanlara niyə miyoldadığı elmi araşdırmada üzə çıxdı

Aynur Camal

Kometa zərbələri Yerə həyatın ilkin maddələrini gətirmək əvəzinə onları məhv etmiş ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu