Dünya

Araşdırma: Son illər insanlarda idrak göstəriciləri həqiqətən də azalıb?

Bugun.tv xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırma son illərdə böyüklərin idrak göstəricilərinin azaldığını ortaya qoyub. Şimal-Qərb Universitetinin sosioloqu Elizabet Dvorakın rəhbərlik etdiyi tədqiqatın nəticələri Intelligence jurnalında dərc edilib.

Araşdırma çərçivəsində 2006–2018-ci illər arasında 18–90 yaşlı təxminən 400 min amerikalının məlumatları təhlil edilib. Alimlər müəyyən ediblər ki, ümumi koqnitiv göstəricilər yaş, cins və təhsil səviyyəsindən asılı olmayaraq azalma meyli göstərib. Ən kəskin geriləmə isə 18–22 yaşlı gənclər və təhsil səviyyəsi daha aşağı olan şəxslər arasında qeydə alınıb.

Tədqiqat zamanı məntiqi düşünmə, nümunələri tanıma, məkan təfəkkürü və verbal düşünmə bacarıqları qiymətləndirilib. Nəticələrə görə, məntiqi və abstrakt düşünmə göstəriciləri zəifləsə də, məkan təfəkkürü testlərində müəyyən irəliləyiş müşahidə olunub. Alimlər bunu videooyunların təsiri ilə əlaqələndirirlər.

Tədqiqat müəllifləri bildirirlər ki, bu azalma süni intellekt texnologiyalarının və COVID-19 pandemiyasının yayılmasından əvvəl başlayıb. Bəzi mütəxəssislər bunu insanların çap mətnlərini daha az oxuması və smartfonlardan istifadənin artması ilə əlaqələndirsələr də, araşdırma bu tendensiyanın səbəblərini qəti şəkildə müəyyən etmir.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dunay çayının səviyyəsi aşağı düşdü, qədim Roma körpüsünün qalıqları üzə çıxdı

Aynur Camal

Londonun məşhur pablarında ayaqüstə içki qəbulu məhdudlaşdırıla bilər

Aynur Camal

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu