Maraqlı faktlar

Argentinada avtomobillərdəki qırmızı-sarı nişanın mənası nədir?

 Bugun.tv xəbər verir ki, Argentinada bəzi avtomobillərin arxa hissəsində yerləşdirilən qırmızı-sarı kvadrat formalı nişan bir çox sürücünün diqqətini cəlb etsə də, onun əsl mənasını hər kəs bilmir.

İlk baxışda adi reflektor və ya dekorativ etiket təsiri bağışlayan bu nişan əslində avtomobili idarə edən şəxsin eşitmə məhdudiyyətinin olduğunu göstərir. Bu işarə sayəsində digər sürücülər siqnal səsinin hər zaman eşidilməyə biləcəyini nəzərə alaraq daha diqqətli hərəkət edir və zərurət olduqda səs siqnalı əvəzinə işıq siqnallarından istifadə etməyə üstünlük verirlər.

Bu qayda Argentinanın bütün ərazisində deyil, yalnız Buenos-Ayres əyalətində qüvvədədir. Mövcud qanunvericiliyə əsasən, eşitmə məhdudiyyətli sürücülər həmin nişanı avtomobilin arxa hissəsində görünən şəkildə yerləşdirməyə borcludurlar.

Qaydalara görə, belə avtomobillərdə iki xarici yan güzgünün olması da məcburidir.

Mütəxəssislər bildirirlər ki, bu nişanın məqsədi sürücünü fərqləndirmək deyil, yol hərəkəti iştirakçılarını məlumatlandıraraq mümkün anlaşılmazlıqların və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəhvəni alpaka ilə birlikdə içə biləcəyiniz kafe açıldı

Aynur Camal

Alimlər Sfinkslə oxşarlığı olan 45 milyon illik timsah fosili müəyyənləşdiriblər

Aynur Camal

Dalğıcın gördüyü mənzərə hər kəsi təəccübləndirdi – tısbağa süngərin içində yatırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu