Image default
DünyaHadisə

Toz fırtınası təşviş yaratdı: Hava dəhşətli dərəcədə pisləşdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Texas ştatı və ölkənin cənub-şərq bölgələrində müşahidə olunan güclü toz fırtınası həm hava keyfiyyətini pisləşdirib, həm də minlərlə sakində narahatlıq yaradıb.

Məlumata görə, Sahara səhrasından Atlantik okeanı üzərindən daşınan toz buludları bu il də ABŞ ərazisinə çatıb. Texas üzərindən hərəkət edən toz kütləsi daha sonra Miçiqan ştatına və Böyük Göllər bölgəsinə qədər yayılıb.

Toz buludlarının təsiri nəticəsində bir sıra ərazilərdə görünüş məsafəsi azalıb, havada dumanlı görüntü yaranıb və hava keyfiyyətinin aşağı düşdüyü qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, Sahara tozu əsasən atmosferin yuxarı qatlarında hərəkət etsə də, havadakı xırda hissəciklər xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün risk yarada bilər. Bu səbəbdən astma və digər tənəffüs problemləri olan şəxslərə açıq havada uzun müddət qalmamaq tövsiyə olunub.

Meteoroloqlar qeyd edirlər ki, Sahara tozu günəş şüalarının bir hissəsini süzdüyü üçün bəzi bölgələrdə temperaturun cüzi enməsinə də səbəb ola bilər.

ABŞ-da müşahidə olunan ekstremal isti hava, elektrik enerjisi kəsintiləri və toz fırtınaları ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirlərə də təsir edib. Vaşinqtonda keçirilən mərasimlər zamanı təhlükəsizlik məqsədilə tədbir iştirakçıları müvəqqəti təxliyə olunub, ABŞ Prezidenti Donald Tramp isə çıxışını qısa müddətlik dayandıraraq daha sonra davam etdirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Kiyevə raket hücumu: 11 nəfər öldü, onlarla yaralı var

Aynur Camal

Almaz tozundan kvant sensorları hazırlanır

Aynur Camal

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu