17.3 C
Baku
20 May 2025, 1:38
Baş xəbər

Arzu Nağıyev vətəndaş qəbulu keçirdi

105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 10 may tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, torpaq və digər məsələlərlə bağlı olub.

Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib.

Həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Ümummilli Liderin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu, abidəni ziyarətə gələn vətəndaşlarla görüş keçirilərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə söhbət aparılıb.

Qeyd edilib ki, Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.

 

Aynur Camal

Oxşar xəbərlər

Son bir həftədə 33 terrorçu zərərsizləşdirildi

Bugün TV

Qarabağda sərnişindaşıma fəaliyyətləri genişləndirilir

Aynur Camal

Bu şəhərdə meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu