Dünya

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

USA Today-in NASA-ya istinadən yazdığına görə avqustun 12-də axşam göydə nadir hadisə baş verəcək. 6 planet – Merkur, Yupiter, Mars, Uran, Saturn və Neptun eyni xətt üzrə düzüləcək.

Alimlər buna “planet paradı” deyir.

Ən yaxşı görünüş Bakı vaxtı ilə saat 22:00-dan sonra olacaq. Çılpaq gözlə Mars, Yupiter və Saturnu aydın görmək mümkün olacaq. Uranı görmək üçün adi durbin, Neptunu görmək üçün isə teleskop lazımdır. Merkur və Yupiter üfüqə çox yaxın olacağı üçün günəş batandan 30 dəqiqə sonra baxmaq lazımdır.

Astronomlar bildirir ki, belə düzülüş hər il olmur. Növbəti oxşar hadisə 2028-ci ildə gözlənilir. Hadisə həm Şimal, həm də Cənub yarımkürəsində görünəcək. Bakıdan dəniz kənarı və ya işıq az olan yerlərdən baxmaq daha yaxşı olar.

Mütəxəssislər məsləhət görür ki, şəkil çəkmək istəyənlər telefonun gecə rejimini işə salsın.

Mənbə: USA Today

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu