Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Avropanın müdafiə xərclərinin böyük artıma ehtiyacı olduğunu və hazırladıqları yenidən silahlanma planını sabah üzv ölkələrə çatdıracağını bildirib. Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı strateji dialoq toplantısından sonra mətbuata açıqlama verib.
Martın 6-da Brüsseldə Ukrayna və müdafiə mövzusunda keçiriləcək fövqəladə sammitə intensiv hazırlaşdığını bildirən von der Leyen, “Avropanın yenidən silahlanma planı ilə bağlı sabah Aİ ölkələrinə məktub göndərəcəyəm” dedi.
“Şübhəsiz ki, müdafiə xərclərinin böyük artımına ehtiyacımız var” von der Leyen deyib.
Daimi sülhün ancaq güc üzərində qurula biləcəyinə işarə edən von der Leyen, “Güc özümüzü gücləndirməklə başlayır. Sabah üzv ölkələrə təqdim edəcəyim planın məqsədi budur” dedi.
Mənbə: TrtHaber