Səhiyyə

Avropa Komissiyası: Hantavirusun yayılma riski aşağı qiymətləndirilir

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı Avropada hantavirusun ictimai səhiyyə üçün yaratdığı riskin aşağı səviyyədə qiymətləndirildiyini açıqlayıb.

Brifinqdə çıxış edən Eva Hrncirova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının son qiymətləndirmələrinə əsasən, hantavirusun geniş Avropa ictimaiyyəti üçün təhlükəsi hazırda aşağı hesab olunur.

Bununla yanaşı, Avropa İttifaqı ehtiyat tədbiri olaraq mülki müdafiə mexanizmini işə salıb. Qərar MV Hondius gəmisində Andes hantavirusuna yoluxma halları ilə bağlı narahatlıqdan sonra qəbul edilib.

Məlumata görə, kruiz gəmisi Tenerife limanına çatdıqdan sonra sərnişinlərin təhlükəsiz təxliyəsi üçün əlavə tədbirlər görülüb.

Rəsmilər bildirirlər ki, hazırkı mərhələdə vəziyyət nəzarət altındadır və daha geniş yayılma təhlükəsi müşahidə olunmur.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Sağlam böyüklər üçün gündəlik zülal norması açıqlandı

Aynur Camal

Həkim qaynadılmış ətdən çox yeməyin zərərini açıqladı

Aynur Camal

Qocalma zamanı əzələ zəifləməsinin səbəblərindən biri tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu