Dünya

Avropa meşə yanğınlarına qarşı yeni nəsil yanğınsöndürən təyyarələr hazırlayır

Bugun.tv xəbər verir ki, Avropada meşə yanğınlarının artması fonunda yeni nəsil yanğınsöndürən təyyarələrin hazırlanması istiqamətində işlər sürətlənib. Reuters-in məlumatına görə, Fransa, İtaliya və Belçikada fəaliyyət göstərən bir neçə şirkət uzun illərdir istifadə olunan Canadair tipli təyyarələrə alternativ modellər hazırlayır.

Məlumata görə, bu il Avropada artıq 500 min hektara yaxın ərazi yanaraq məhv olub. Fransada parlament komissiyası mövcud yanğınsöndürmə aviasiyasının ciddi problemlərlə üzləşdiyini bildirərək Avropa istehsalı olan yeni təyyarələrin hazırlanmasını vacib hesab edib.

Fransanın Positive Aviation şirkəti 2028-ci ilə qədər ikinci əl ATR-72 təyyarələrini su götürə bilən yanğınsöndürən təyyarələrə çevirməyi planlaşdırır. Digər şirkətlər isə tamamilə yeni amfibiya təyyarələrinin hazırlanması üzərində işləyirlər.

Mütəxəssislər bildirirlər ki, belə layihələrin hazırlanması uzun illər və yüz milyonlarla, hətta milyardlarla dollar investisiya tələb edir. Bununla yanaşı, Kanada da yenilənmiş DHC-515 Canadair modelinin istehsalını bərpa edib və ilk çatdırılmaların 2028-ci ildə başlaması gözlənilir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Araşdırma: Son illər insanlarda idrak göstəriciləri həqiqətən də azalıb?

Aynur Camal

Tramp Çinə qarşı rəqabət üçün günəş enerjisi və çip sənayesinə yeni ticarət tədbirləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu