Sosial Media

Qadcetlər beyinə necə təsir edir? – Alimlərdən açıqlama

Bugun.tv xəbər verir ki, smartfon, planşet və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə beynin fəaliyyətində müəyyən dəyişikliklərə səbəb ola bilər.

Health Mail.ru-nun məlumatına görə, mütəxəssislər uzun müddət ekran qarşısında vaxt keçirməyin diqqətin cəmlənməsinə, yaddaşa və emosional vəziyyətə təsir göstərə biləcəyini bildirirlər.

Araşdırmalara əsasən, qadcetlərdən intensiv istifadə edən şəxslərdə məlumatın tez emalı qabiliyyəti artsa da, uzunmüddətli diqqət toplamaq və mürəkkəb tapşırıqları yerinə yetirmək bacarıqlarında zəifləmə müşahidə oluna bilər. Həmçinin, gecə saatlarında ekranlardan yayılan mavi işığın yuxu rejiminə mənfi təsir göstərdiyi vurğulanır.

Mütəxəssislər rəqəmsal texnologiyalardan tamamilə imtina etməyin mümkün olmadığını qeyd etsələr də, istifadə müddətinin məhdudlaşdırılmasını, müntəzəm fasilələr verilməsini və yatmazdan əvvəl ekran qarşısında keçirdilən vaxtın azaldılmasını tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Aynur Camal

“Uşaqların açıq məzmun paylaşmasının qarşısı alınmalıdır”

Aynur Camal

Sosial medianın müsbət və mənfi təsirləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu