27 C
Baku
27 İyul 2024, 3:23
Dünya

Avstraliya dövlətindən məxfi məlumatları oğurlayanlar tutuldu

Avstraliya 2020-ci ildə müdafiə layihələri və ölkənin ticarət əlaqələri ilə bağlı məxfi məlumatları oğurlamaqda qərarlı olan 2 hindistanlı casusunu sakitcə deportasiya etdiyi iddiası ilə gündəmə gəlib.

The Washington Post və Avstraliya mətbuatının geniş işıqlandırdığı xəbərlərdə, Avstraliyanın keçmiş baş naziri Skott Morrisonun hakimiyyəti dövründə 2 hindistanlı kəşfiyyatçının Avstraliyanın ticarət, təhlükəsizlik və müdafiə layihələri ilə bağlı məxfi məlumatları hədəf aldıqları və buna görə də “gizli şəkildə” ölkədən deportasiya edildiyi bildirilib.

Avstraliyanın maliyyə naziri Cim Çalmers 4 il əvvəl hindistanlı casusların deportasiya edilməsi ilə bağlı iddiaları şərh etmək istəmədiyini bildirib.

Hindistanla ikitərəfli əlaqələrin son illərdə kifayət qədər yaxşı olduğunu bildirən Çalmers, “Belə mövzulara girmək istəmirəm” deyib.

Baş nazir Anthony Albanese və xarici işlər naziri Penny Wong da qatıldıqları mətbuat konfransında mövzu ilə bağlı sual verildikdə kəşfiyyat məsələləri ilə bağlı şərh vermək istəmədiklərini bildiriblər.

Bu arada Hindistanın Avstraliyanın ən böyük ticarət tərəfdaşlarından biri olduğu məlumdur.

Digər tərəfdən, Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (ASIO) rəhbəri Mike Burgess 2021-ci ildə etdiyi çıxışda ölkəsini “casuslar yuvası” olaraq xarakterizə etsə də, casusların hansı ölkədən olması ilə bağlı açıqlama verməyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya və ABŞ birgə süni intellekt işçi qrupu yaratdı

Bugün TV

NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Aynur Camal

TikTok-a daha bir zərbə

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu