13 C
Baku
3 Dekabr 2025, 1:14
Sosial

Avtobusda dilənməyə məcburam

Binəqədi rayon sakini Saleh Məmmədli Bugün Tv – yə müraciət edib.

O, bildirib ki, əlilik pensiyası kəsilib. Həyat yoldaşı 1-ci özü isə 2-ci qrup əlildir. Qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olub. Onun sözlərinə görə 8 aydır pensiyası kəsilib, ailənin vəziyyəti olduqca acınacaqlı durumdadır və şikayətinə baxılmır.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov Bugün Tv-nin müraciətinə cavab olaraq bildirib ki, araşdırma aparılacaq və ətraflı məlumat veriləcək.

 

Aynur Camal

Oxşar xəbərlər

İsmayıllıda qadın ərini döydü

Könül Kərimova

Mingəçevirdə keçmiş köçkünlər hüquqi sahədə ilkin biliklərə yiyələndilər

Bugün TV

Bakıda Pakistanın Müstəqillik Günü qeyd olundu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu