Siyasət

BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib

Bugün.tv xəbər verir ki,  BMT Baş Assambleyasının sədri Abdulla Şəhidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Bazar ertəsi nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Şəhidlər xiyabanının tarixi və Azərbaycanın paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumatlandırılan nümayəndə heyəti Bakının panoramik mənzərəsini seyr ediblər.

Bugün TV

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu