Baş xəbərKriminal

Avtomobil aşdı, sürücü öldü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, ötən gün axşam saat 20 radələrində Şəki rayonunun Daşüz kəndində yol qəza hadisəsi baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Aynur Camal

Oxşar xəbərlər

Bir gün rəhbərliklə

Bugün TV

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu